[ 03 May 2015 12:04 ]



Bakı-APA. Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar hazırlanan xüsusi tədbirlər planına uyğun olaraq, bu gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinin sıra baxışı keçirilib və hazırlığı yoxlanılıb.

APA-nın məlumatına görə, sıra baxışı yol polisləri arasında xidmət intizamını möhkəmləndirmək məqsədilə təşkil olunub.

Şəxsi heyətin hazırlığını Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov yoxlayıb.

Qeyd edək ki, yol polisində sıra baxışı ildə iki dəfə keçirilir.