Xocavənd rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xocavənd rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yadigar Hüsən oğlu Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Y.Hüseynov bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu.

MÜTLƏQ OXUYUN: İnfarkt riskini artıran SƏBƏBLƏR - Oxumaq üçün tıkla