İstanbulun Qaziosmanpaşa bölgəsindəki mənzilin qarşısında tomat qutusu partlayıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, Pazariçi Məhəlləsi Kaynar küçəsində bir mənzilin qarşısında partlayış olub. Hadisə nəticəsində kağız toplayan ana və qızı ağır yaralanıb.

Hadisə yerinə dərhal xilasetmə briqadası gəlib.

Bomba üzrə ekspertlərin hadisə yerində araşdırmaları davam edir.

Yuli Sezarın öldürüldüyü meydan yenidən bərpa ediləcək - 800 milyon avro