"Dini etiqad azadlığı yeganə hüquqlardan biridir ki, insan hüquqlarını sadaladıqda birinci yerdə olmalıdır. Bu hüququn pozulması digər hüquqların da pozulmasına səbəb olur. Azərbaycanda həm qanunun aliliyi həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Milli Məclisinin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Dini etiqad azadlığı yeganə həm təbii həm də konstutisiya ilə tənzimlənən yeganə hüquqdur:

"İnsan hüquqları arasında birinci olaraq Dini etiqad azadlığı dayanır. Çünki istənilən istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Nəinki Azərbaycanda məscidlər, senaqoqlar, kilsələr,eləcə də Azərbaycan sərhədlərindən kənarda Qərbi-Şərqi Avropada bərabər şəkildə təmir edilib istifadəyə verilməsi əsas diqqət ayrılan məsələlərdən biridir. Bu məsələ birbaşa ölkə başçımızın və Heydər Əliyev Fondunun diqqətində saxlanılır. Bu yaxınlarda biz Cənubi Qafqazda qədim məscidin açılışında olduq. Hər hansı məsələyə ədalətsiz yanaşılması bir çox mövzulara təsir edir. Biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq. Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir. Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması, bu yaxınlarda 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var. Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqalar arasında sülh və əminamanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətimə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyəsitinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər".

S.Novruzov bildirib ki, Dilqəm və Şahbaza qondarma məhkəmə qurulması ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuma diqqət çəkib: "Dilqəm və Şahbaza Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfimdən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın".

Günay Elşadqızı / METBUAT.AZ