2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə hərbi hissədə beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.

"Arzum 2024-cü ildə keçiriləcək Olimpiya çempionatında qalib olmaqdır" - 14 yaşlı Amin Quliyevlə MÜSAHİBƏ - Oxumaq üçün tıkla