Azərbaycanda yeni medal təsis edilir.
Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.
Təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
"Arzum 2024-cü ildə keçiriləcək Olimpiya çempionatında qalib olmaqdır" - 14 yaşlı Amin Quliyevlə MÜSAHİBƏ - Oxumaq üçün tıkla