"Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, Sabir Dadaşov və Mikayıl Hüseynovun heykəlinin ucaldılması müzakirə edilir".
Metbuat.az-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, heykəllərin ucaldılması üçün memarlar müsabiqə yolu ilə seçiləcək:
"Görüşdə 4 nəfərin heykəlinin ucadılması məsələsi qaldırmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqəsi elan ediləcək. Həm memarlar həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik".
Günay Elşadqızı / METBUAT.AZ