""Tahir İmanov və ümumilikdə "Parni iz Baku" kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərindədir və dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmayıb".
Metbuat.az-ın məlumatına görə, bunu mətbuat konfransında Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
Nazir qeyd edib ki, Tahir İmanov özü də qeyd elədi ki, özəl televiziyalar tərəfindən qadağa qoyulmuşdu: "Onların özəl fəaliyyətinə gəldikdə isə, buna müdaxilə edə bilmərəm. Biz onlara ancaq tövsiyə verə bilərik".
Nazir bildirib ki, Tahir İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur: "Onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar".
Günay Elşadqızı / METBUAT.AZ