Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, martın 4-də saat 19 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində Ağdam rayon sakini C.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini S.Əsədovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

"Arzum 2024-cü ildə keçiriləcək Olimpiya çempionatında qalib olmaqdır" - 14 yaşlı Amin Quliyevlə MÜSAHİBƏ / FOTOLAR - Oxumaq üçün tıkla