Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat həyata keçirilib.
DİN Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, patron darağə və 26 ədəd parton aşkar edilərək maddi sübut kimi götürülüb. R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilində saxladığını bildirib.
Faktla bağlı R.Həsənov barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla