Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun xanım tələbələrinə bayram hədiyyəsi edib.

Metbuat.az xəbər verir ki, rektor 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan 141 nəfər tələbələni bir aylıq yataqxana ödənişindən azad edib.

Qeyd edək ki, 2 saylı qızlar yataqxanasında 118 nəfər ADU-nun tələbəsi, 23 nəfər isə digər universitet və kolleclərin tələbələri yaşayır.