"Sübut edənə 50 min verəcəyəm" dedi:

Türkiyədə dünyanın düz formada olduğunu irəli sürən "Düz dünya" dərnəyinin rəhbəri Doğukan Özkan sosial media hesablarında onu təhqir edən 350 nəfərdən şikayətçi olub.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, məhkəməyə müraciət etdiyini bildirən Özkan "düz dünya" teorisinə qarşı sosial mediada linç kampaniyası başlatıldığını qeyd edib.

D.Özkan "Biz irəli sürdüyümüz fikirlərimizi müdafiə edirik, ancaq siz bizimlə müharibə edirsiz. Bu nəyin üsyanıdır? Düzgün fikirləri olan varsa, dərnəyimizin ünvanı bəllidir. Əgər bu qədər zəkalısınızsa, teoremlər üzərində fikir mübadiləsi aparaq. Bir ildir bunu deyirəm. Dünyanın kürə formasında olduğunu sübut edənə 50 min TL mükafat verəcəyimi söyləmişdim. "Cahil" deyirlər, oxuduğum məkətəbə qədər söyürlər. Məhkəməyə verəcəyimi dəfələrlə dedim. "Versən nə olacaq ki"- deyərək məhkəmələrimizi lağa qoydular. Bu qədər aqressiv olmağa nə ehtiyac var? 1 ildir ki, "düz dünya" teoremini başa salırıq, ancaq ağza alınmayacaq qədər söyüş eşidirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR