Türkiyənin Trabzon şəhərindəki Avrasiya universitetində yanğın çıxıb.
Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, əraziyə dərhal yanğınsöndürmə briqadası gəlib. Yanğın zamanı universitet tələbələri və müəllimlər dərsdə olub. Yanğın siqnalı verildiyi üçün binadakılar dərhal təxliyə edilib. Ölən və yaralanan olmayıb. Yanğın söndürülüb.
Yanğının başvermə səbəbi araşdırılır.
Aysel Yaqubqızı / Metbuat.az