Masallıda 2 avtomobil toqquşub

Martın 11-də saat 10 radələrində Masallı şəhəri ərazisində rayon sakini M.Sadıxov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı edərkən qarşıdan gələn həmyerlisi M.Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub.

DİN mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, nəticədə M.Abdullayev və sərnişini Ş.Ağayeva xəstəxanaya yerləşdiriliblər.

Ş.Ağayeva orada ölüb. Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Hava ilə bağlı XƏBƏRDARLIQ! - Küləyin sürəti güclənəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR