İndoneziyanın Sulavesi adasında 5 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, zəlzələnin episentri Orta Sulavesi əyalətinə bağlı Donqqala bölgəsinin 52 kilometr şimal-qərbində, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində ölən və yaralanan olmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Aysel Yaqubqızı / Metbuat.az