Nadir çəhrayı almaz hərracda 8,75 milyon

Lesoto mədənində tapılan 13,33 karatlıq çəhrayı almaz Belçikanın Antverpen şəhərində keçirilən hərracda 8,75 milyon dollara satılıb.

Metbuat.az İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə almazın keçmiş sahibi “Gem Diamonds” kompaniyası məlumat yayıb. Almazın hər karatının qiyməti 657 min dollar təşkil edir, bu da cilalanmamış qiymətli daş üçün rekord göstəricidir.

Ötən il “Pink Legacy” qiymətli daşı cilalanma və hamarlamadan sonra 50 milyon dollardan baha satılaraq çəhrayı brilyantlar üçün rekord müəyyən etmişdi – karatına görə 2,6 milyon dollar.

Qeyd edək ki, çəhrayı almazlar çox nadir tapıntıdır. Onlar bütün dünyada hasil edilən almazların cəmi 2 faizini təşkil edir. Bununla yanaşı, çəhrayı rəngli qiymətli daşların 90 faizdən çoxunun çəkisi karatın beşdə birindən az olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR