Yeni Zelandiyada iki məscidə silahlı hücum:

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Əl-Nor və Linvud məscidlərinə edilən silahlı hücum nəticəsində ölənlərin sayı 49-a çatıb, 48-dən çox yaralı var.

XXX

Yeni Zelandiyanın Kraystçerç şəhərində naməlum şəxs məscidlərdə insanlara atəş açıb.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 27 nəfər həlak olub, 40 nəfər ağır yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

İnsident zamanı məsciddə cümə namazı üçün gələn 300 nəfər olub.

Ölənlər arasında türk vətəndaşlarının olmadığı açıqlanıb.

Yeni Zelandiyanın baş naziri ölkənin tarixindəki ən qara gün olduğunu açıqlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

Nadir çəhrayı almaz hərracda 8,75 milyon dollara satılıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR