Qatil qətliamdan dəqiqələr öncə paylaşdı

Xəbər verdiyimiz kimi Yeni Zelandiyada iki məscidə bu səhər silahlı hücum olub. Hücum nəticəsində çox sayda insan ölüb, yaralılar var.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, hadisə şahidlərindən Mohan İbrahim "New Zealand Herald"a açıqlamasında "Əl Nur" məscidindən qaçmağı bacardığını, ancaq içəridə yaxınlarının qaldığını bildirib. İbrahim "Əvvəl elə bildim, elektrik şokudur, ancaq hamı qaçmağa başladı. Yaxınlarıma zəng etdim, heç biri telefonu açmadı. Həyatda qalıb-qalmadıqlarından narahatam"-deyə açıqlama verib.

Başqa bir hadisə şahidi isə qətliamın 20 dəqiqə çəkdiyini ən azı 60 nəfərin yaralandığını bildirib.

Hadisə şahidlərindən biri qatilin əsgər forması geyindiyini və avtomotik tüfənglə təsadüfi yerlərə atəş açdığını qeyd edib.

Məlumata görə, qatil videosunda özünü Brenton Tarrant olaraq tanıdıb.

Polis terror hadisəsilə bağlı hərəkətə keçdi. İlk açıqlamaya görə, 4 nəfər həbs edilib. Onlardan birinin qadın olduğu deyilir.

Polisin şübhəlini saxlama anı sosial şəbəkələrdə paylaşılıb.

Polis əməkdaşlarının şübhəlilərin olduğu avtomobili vuraraq saxladığı görülür.

Avstraliyalı olduğunu deyən qatil qətliamdan əvvəl "To Turks" başlığı altında ağlasığmaz paylaşım edib.

Paylaşımda "Torpaqlarınızda hüzur içində yaşaya bilərsiniz, sizə zərər gəlməyəcək. Ancaq Avropa torpaqlarında yaşamağa çalışsanız, sizi öldürəcək və torpaqlarımızdan atacağıq"-sözləri yer alıb.

Aysel Yaqubqızı / Metbuat.az

Dünya onun haqqında danışır! - Məşhur idmançı beynini bağışladı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR