Telefonla yatmağın təhlükəsi aşkarlandı

Telefonla yatmağın təhlükəsi aşkarlandı
15:37 15 Mart 2019
86 Dünya
Ölkə mətbuatı
A- A+

Yuxuya getməzdən qabaq smartfon və ya planşetdə sosial şəbəkəni oxumaq sağlam yuxunun ən böyük düşmənidir. Yatmazdan qabaq elektron cihazlarla təmasdan imtina, yüngül qida qəbulu, uşaqla birgə yuxuya getmə isə əksinə, sağlam və keyfiyyətli istirahətin qarantıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Con Hopkins Universitetinin Tibb Məktəbinin professoru Vsevolod Polotski deyib.

"Yuxu pozuntusu insanların uzun müddət sosial şəbəkələrdə vaxt keçirməsi ucbatından baş verir, belə ki, daimi şüalanma orqanizmin bioloji saatına mənfi təsir göstərir", - V.Polotski bildirib.

Onun sözlərinə görə, sosial şəbəkədə ola-ola yuxuya getmək, natamam yuxu, yuxu fazasının pozulması, yuxusuzluq kimi problemləri ortaya çıxmasına səbəb olub.

"Böyüklər günə azı yeddi saat yatmalıdırlar. Çarpayıda elektron cihazlardan, o cümlədən, "iPhone" və ya "iPhad", televizor və digər qadjetlərdən istifadə etməməlidirlər. Bundan başqa, yatmazdan əvvəl ağır qidalar qəbul etmək və ya intensiv şəkildə idmanla məşğul olmaq olmaz", - alim sağlam yuxu üçün tələb olunan şərtləri açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/739256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR