İYRƏNC! Futbolçu azarkeşlərə cinsiyyət orqanını göstərdi

Şanlıurfada oynanan Super Həvəskar Liqa matçında çempionluq üçün mübarizə aparan iki komanda heç-heçə edib.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, xal fərqi ilə çempion ola bilməyən Şanlıurfa Gençlerbirliği komandasının bir oyunçusu azarkeşə tərəf dönərək cinsi orqanını göstərib.

Həvəskar İdman Klubları Federasiyası hadisə ilə bağlı istintaq başlayıb.

Hadisə şənbə günü oynanan Şanlıurfa Gençlerbirliyi- Siverek Belediyespor qarşılaşmasında meydana gəlib. Super Həvəskar Liqada çempionluq uğrunda mübarizə aparan iki komanda Eyyubiye Yenicə stadionunda saat 15:00-da oynanan matçda qarşı-qarşıya gəliblər. Oyun 0-0 bitib, ancaq Siverek Belediyespor 1 xal fərqlə çempion olub.

Buna hirslənən Şanlıurfa Gençlerbirliyinin 5 nömrəli futbolçusu Mahmud Şərəf məkan içində Siverek tərəfdarlarının olduğu tribunaya gedərək şortunu endirib və cinsi orqanını göstərərib.

Baş verənlər qarşısında şok olan tamaşaçılar o anları cib telefonu ilə qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR