Hikmət Hacıyev Almaniya XİN-in Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb

Hikmət Hacıyev Almaniya XİN-in Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb
19:17 18 Mart 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bölməsinin direktoru, səfir Mixael Zibertlə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə H.Hacıyev öz "Twitter" səhifəsində yazıb.

PA rsəmisi bildirib ki, görüş zamanı qarşılıqlı maraq oyadan regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

H.Hacıyev həmçinin Almaniyaya səfəri çərçivəsində bu ölkənin prezident administrasiyasından həmkarları ilə görüşəcək, Almaniya parlamentində Cənubi Qafqaz mövzusunda çıxış edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/740106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR