İlk dəfə oğlunun saçından hazırlamışdı, hazırda...

Türkiyənin Eskişehir bölgəsində yaşayan bir uşaq anası Mualla Durgut oğlunun saç tellərində sənət əsərləri yaradır.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, Maulla ətrafındakı insanlardan xoş sözlər eşitdiyi üçün bu işlə məşğul olmağa qərar verdiyini deyib. Təxminən 5 ay əvvəl ilk olaraq oğlunun saç tellərindən istifadə etməyə başlayan gənc sənətkar hazırda sifarişlərin çoxluğundan vaxt tapa bilmir. O, boyunbağı, üzük, bilərzik və bu kimi aksessuarlara fərqli bir hava qatır.

M.Durgut deyir ki, insanlar vəfat edən yaxınlarının saç tellərini, saçları tökülən insanların son saç tellərini gətirərək bu cür mənəvi dəyəri böyük olan hədiyyələr hazırladırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR