Əfqanıstanın Badğis vilayətində Taliban terrorçuları hərbi məntəqəyə hücum edib.
Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, çənləri şiddətli toqquşmalar zamanı hər iki tərəf çox sayda itki verib. Taliblər 58 hərbçini əsir götürüb. Qruplaşma üzvlərinin iddiasına görə irimiqyaslı hücum nəticəsində vilayətdə yerləşən bir neçə hərbi məntəqə də onlarn nəzarətinə keçib.
Ordu əsirlərin və zəbt edilən ərazilərin azad edilməsi üçün antiterror əməliyyatlarına başlayıb.
Sübhan / METBUAT.az