Bakı, 4 may, Elvira Məmmədova, AZƏRTAC
Mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda bu elm müəssisəsində təhsilin magistratura pilləsinin açılması ilə əlaqədar mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun elmi işlər üzrə prorektoru, akademik Cavad Abdinov burada təhsil alacaq magistrlər üçün yaradılan imkanlar barədə məlumat verib. Bildirilib ki, Fizika İnstitutunda magistrlər iki ixtisas (nəzəri və riyazi fizika və bərk cisim fizikası) üzrə təhsil ala biləcəklər. Bu ixtisaslara ödənişsiz əsaslarla dörd yer ayrılıb, onlardan üçü bərk cisim, biri isə nəzəri fizika ixtisası üçün nəzərdə tutulub.
Sonra kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.