Molukka dənizində Sulavesi adasının (İndoneziya) yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, zəlzələnin episentri Manado şəhərindən (452 min sakin) 166 kilometr şərqdə yerləşib. Yeraltı təkanlar 60 kilometr dərinlikdə baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.