Qəbələdə yaşayış evində baş verən partlayışda 4 nəfər

Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.

Metbuat.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR