Kəndə verilən “VİAQRA"LI SU sakinləri nəzarətdən çıxarıb -

“Viaqra” (cinsi gücü artıran dərman) istehsal edən zavodun tullantıları İrlandiyada kənd sakinlərini seks-maşınlarına çevirib.

Metbuat.az-ın Publika.az-a istinadən xəbərinə görə, Rinqaskiddi adlı kəndin kişiləri bildirirlər ki, onlarda daimi ereksiya var və saatlarla sekslə məşğul ola bilərlər.

“Bir dəfə nəfəs almaq kifayətdir ki, səndə ereksiya baş versin. Biz artıq zavodun sayəsində illərdir ki, pulsuz viaqradan istifadə edirik” - balaca kəndin sakinlərindən biri danışıb.

Sakinlərdən biri əlavə edib ki, hətta kənd itlərinə bu preparat təsir edir. O hesab edir ki, viaqra hələ 1980-ci illərdə su kəmərinə düşüb.

Qeyd edək ki, kənddə “Viaqra”nın istehsalı 40 il əvvəl başlanıb. Bundan sonra Rinqaskiddi kəndində demoqrafik sıçrayış baş verib. Hətta yaşayış məntəqəsini zarafatyana “Viagra Falls” adlandırmağa başlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR