Rusiyada "Pobeda" aviaşirkətinin təyyarəsini ildırım vurub.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, ildırım Kazanda hava qalxmış təyyarənin füzelyajına Soçidə enərkən vurub.

Aviaşirkətin nümayəndəsinin verdiyi məlumata görə, hadisədən sonra təyyarə "Vnukovo" hava limanına yollanıb. O qeyd edib ki, müasir dövrdə ildırımın təyyarəni vurmağı təhlükəli bir hadisə deyil, ancaq mütəxəssislər qaydalarla nəzərdə tutulmuş bütün tədbirləri yerinə yetirəcək.