İranda sel 18 nəfərin ölümünə səbəb olub

İranın şimalında baş verən sel cənub şəhərlərdə də fəlakətə səbəb olub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, fəlakət nəticəsində Şiraz şəhərində 18 nəfər ölüb. İranın Təcili Müdaxilə qurumunun rəhbəri Pir Hüseyn Kolivend ölənlərdən 4-nün uşaq olduğunu bildirərək, 94 nəfərin yaralandığını qeyd edib.

İran Dövlət Televiziyası bəzi çay və anbarların yaxınındakı qəsəbələrin su təhlükəsi səbəbilə təxliyə edildiyini bildirib.

Qeyd edilib ki, ölkədəki sel fəlakətlərinin səbəbi dünyadakı iqlim dəyişikliyidir.

Aysel Yaqubqızı / Metbuat.az

Çində partlayış nəticəsində ölənlərin sayı 78-ə çatıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR