Türkiyənin Malatya ərazisində ard-arda zəlzələlər baş verib.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, 3,8 bal gücündəki ilk zəlzələ yerli saatla 03:29 radələrində, yerin 7 kilometr dərinliyində baş verib. İki dəqiqə sonra eyni bölgədə 3,6 bal gücündə də zəlzələ olub.
Məlumata görə, zəlzələlər nəticəsində dağıntı və itki olmayıb.
Aysel Yaqubqızı / Metbuat.az
"Qanunu pozmağa çalışan suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq"