Qazaxıstanda hərbi helikopter

Qazaxıstanın Qızıl Orda vilayətində göyərtəsində 13 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.

Metbuat.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, naməlum şəraitdə yerə çırpılan helikopter tamamilə yanıb. İlkin məlumata görə, qəza nəticəsində göyərtədə olan insanların hamısı həyatını itirib.

Uçuşun qaranlıq vaxtı və mürəkkəb meteoroloji şəraitdə həyata keçirildiyi bildirilir.

Müdafiə nazirinin əmri ilə yaradılan xüsusi komissiya qəza yerinə göndərilib. Hadisənin səbəblərini aydınlaşdırmaq üçün təhqiqat başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR