[ 04 May 2015 21:30 ]



Bakı-APA. Mayın 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı iştirakçılarının xanımlarının şərəfinə ziyafət verilib.

APA-nın məlumatına görə, ziyafətdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısına qatılan yüksək səviyyəli qonaqların xanımları iştirak ediblər.