Qida istehsalçılarının hiylələri - FOTO

Qida istehsalçılarının hiylələri - FOTO
14:22 5 Aprel 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər gün masamızda olan yeməklərin keyfiyyətini bəzən ayırd edə bilmirik. Çünki qida istehsalçıları bir sıra hiylələrdən istifadə edirlər ki, istehlakçı bunu görə bilmir.

Milli.Az foodinfo.az-a istinadən bu hiylələrin bəziləri ilə sizi tanış edir:

Demək olar ki, hamımız qəssabdan ət alırıq. Bir çox hallada isə qiyməyə (farş) üstünlük veririk. Amma qiymənin tərkibinə ətin lazımsız hissələri ilə yanaşı ucuz toyuq ətinin də qarşıdırıldığını bilirdinizmi?

Şirniyyatı çox sevirik. Xüsusilə yediyimiz zaman dadından doymuruq. Amma bəzi qida istehsalçıları qozlu paxlavaya qoz yerinə digər bitkilər, məsələn, noxud qatdığının fərqinə varmısınızmı? Təəssüf ki, bunu ayırmaq bizim üçün olduqca çətindir.

Qırmızı bibərə baxdığımızda rənginin necə parlaq olduğunu görürük. Parlaq bir rəng almağının səbəbi kərpic tozu ola bilər.

Süfrələrimizdə faydalı olduğu üçün zeytun istifadə edirik. Amma qara rəng almaq üçün sənaye boyasından istifadə olunur.

Balıq omeqa qaynağıdır. Hamımız bilirik. Təəssüf ki, bəziləri "təzə balıq" formasını yaratmaq üçün qırmızı rəngi balığın qəlsəmələrinə çəkə bilər ki, bu da balıq sevənlərə təzə kimi görünür.

Çörək bizim əvəzolunmaz qidamızdır. Xüsusilə bəziləri ağ çörəyi çox sevir. İsti çörəyi alarkən içinin dümağ olması sizi çaşdırmasın. Bəziləri çörəyin ağ rəngli görünməsi üçün xəmirə əlavə rəng qatırlar.

Vitaminlərin mənbəyi olan meyvələr və tərəvəzlərin gözəl görünüşünə aldanmayın. Parıltılı almanın o vəziyyətə düşməsi üçün xüsusi mumdan istifadə olunur. Odur ki, meyvəni alarkən təmiz yuyun.

Bunlar qidalardakı hiylələrin növlərinin, sadəcə, bir neçə nümunəsidir. Təəssüf ki, istehsalçılar daha çox qazanmaq üçün insanların sağlamlığı ilə oynayırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR