Azərbaycanın gənc cüdoçusu Avropa kubokunda çempion oldu - FOTOLAR

Azərbaycanın gənc cüdoçusu Avropa kubokunda çempion oldu - FOTOLAR
13:48 7 Aprel 2019
79 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir.

Publika.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

İlk gündə Azərbaycanın milli komandası aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italyan rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda 1-ci yeri tutub.

604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış aprelin 7-də başa çatacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/274870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR