Sükan arxasında ürəyi tutan sürücü qəza törətdi

Sükan arxasında ürəyi tutan sürücü qəza törətdi
00:12 19 Aprel 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə paytaxrın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Fətəli Xan Xoyski küçəsi ilə hərəkətdə olan 90 SR 823 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə, 44 CA 843 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub.

"Nissan"ın sürücüsü İqbal Ismayılovun dediyinə görə, o öz yolu ilə hərəkət edib, "VAZ 2115"-in  sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirib və nəticədə qəza baş verib.

Sonradan məlum olub ki, "VAZ 2115" markalı maşının sürücüsünün ürəyi sancıb və o, idarə etdiyi avtomobili saxlaya bilməyib. Sürücü dərhal xəstəxanaya çatdırlıb.

Maşınlar deformasiyaya uğrayıb. Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.

Qəzanın dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/748037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR