Bakı, 5 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Qəbələ” idman klubunun təşkilatçılığı ilə cüdo üzrə açıq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələdə keçirilən turnirdə iki yaş qrupunda - 2002-2003-cü və 2004-2005-cü il təvəllüdlülər arasında mübarizə aparılıb.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı rusiyalı cüdoçular da birincilik uğrunda mübarizə aparıblar.
Komanda hesabında “Qəbələ” birinci, “Aura” ikinci, “Sumqayıt” kollektivi isə üçüncü olub.