Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır

Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır
05:42 20 Aprel 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Bir millimetrdən on santimetrə qədər ölçüyə malik bir milyarddan çox kosmik fəza qırıntısı Yerətrafı orbitdədir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Hava-Kosmik Qüvvələri Qoşunlarının Elmi-Tədqiqat Mərkəzinin nümayəndəsi Oleq Aksenov bildirib.
"Bu gün mütləq ifadədə xırda hissəciklərin miqdarı 1,25 milyard qiymətləndirilir", - deyə o, Moksvada keçirilən kosmik problemlər üzrə konfransda bildirib.
Aksenovun sözlərinə görə, söhbət 1 millimetrdən 10 santimetrə qədər ölçüyə malik hissəciklərdən gedir.
NASA tərkibindəki Conson adına Kosmik Mərkəz bölməsinin saytında dərc edilmiş məlumatlara əsasən orbitdə 1-10 santimetrə qədər 500 min obyekt və 1 millimetrdən çox 100 milyon hissəcik mövcuddur. Onların uçuşunun sürəti saniyədə 7-8 kilometrdən 10-15 kilometrə qədər təşkil edir. Onların sürəti güllələrdən on dəfə çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yer-kuresi-etrafinda-milyardlarla-kosmik-qirinti-hisseciyi-firlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR