"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Ş.H.Nəsrallah bildirib ki, "Hizbullah"-a tabe olan hərbi birləşmələr "Əl-Nusra Cəbhəsi”nə hücum edəcək.
"Suriyalı müxaliflər Livan ərazisinə də keçir və beləliklə bizlər üçün təhlükə mənbəqidir", deyə Şeyx Həsən Nəsrallah vurğulayıb.
Xatırladaq ki, “Hizbullah” ötən il də Bəşər Əsəd qüvvələrinə hərbi dəstək vermişdi.