"Çarpışma" serialının baş rol oyunçusu Melisa Aslı Pamuk 10 illik sevgilisi Tolqa Saladan ayrılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, gənc aktrisanın həmkarı Demet Özdemirin keçmiş sevgilisi, "Beşiktaş"lı futbolçu Oğuzhan Özyakupla görüşdüyü ortaya çıxıb.

Sosial media hesablarında bir-birini izləməyə başlayan cütlüyün birlikdə nahar etdikləri bildirilib.

Qeyd edək ki, Demet Özdemir və Melisa Aslı Pamuk "Kurt Seyit ve Şura" serialında birgə rol alıblar.

Milli.Az