Moskva, 6 may, AZƏRTAC
Rusiya hökuməti peşəsi üzrə işləməyən əmək miqrantlarının cərimə olunmasını təklif edir.
Dövlət Dumasına təklif olunmuş qanun layihəsinə əsasən, işləmək üçün alınmış icazədə (patentdə) göstərilmiş peşə üzrə işləməyən miqrantlar 7 min rubl (təxminən 140 manat) məbləğində cərimə oluna və deportasiya edilə, işə qəbul edən tərəf isə fəaliyyəti 90 gün müddətinə dayandırılmaqla bir milyon rubl (təxminən 20 min manat) məbləğində cərimə edilə bilər. Başqa sözlə, əgər miqrantın tikinti sahəsində çalışmaq üçün icazə patent alıb sürücü işlədiyi məlum olarsa, həm onun özünün, həm də onu işə götürən hüquqi şəxs cəzalandırılması nəzərdə tutulur.
Eyni zamanda, miqrant peşəsini dəyişdiyi halda patentdə dəyişiklik edilməsinin mümkünlüyü də nəzərdən keçirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva