ABŞ-ın 3 prezidentinin tərcüməçisi olan azərbaycanlı - FOTO

ABŞ-ın 3 prezidentinin tərcüməçisi olan azərbaycanlı - FOTO
08:22 1 May 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist Emin Musəvi ABŞ-ın son 3 prezidentinə tərcüməçilik edən azərbaycanlı xanımla bağlı maraqlı paylaşım edib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, E.Musəvi Olcay Kartari Raçedin hazırda ABŞ Prezidenti Donald Trampın tərcüməçisi olduğunu bildirib. Bundan öncə isə Olcay xanım Corc Buş və Barak Obamaya tərcüməçilik edib. Xüsusilə onu azərbaycanlılar 2016-cı ildə Prezident Barak Obama ilə Türkiyə lideri Ərdoğanın görüşündə tərcüməçilik etməsindən sonra tanımışdı.

"Olcay xanımın babaları Marneulidəndir. Azərbaycanlıdır. ABŞ-a 80-ci illərdə köçüb", - E.Musəvi qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/750983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR