Builki tələbə qəbulunda daha çox hansı ixtisaslara üstünlük verilib?

Builki tələbə qəbulunda daha çox hansı ixtisaslara üstünlük verilib?
07:42 6 May 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Builki tələbə qəbulunda daha çox texniki ixtisaslara üstünlük verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, bu gün daha çox iqtisadiyyatın kənd təsərrüfatı, informasiya texnologiyaları kimi ixtisaslarına diqqət artıb:

"Bu il hazırlanan tələbə qəbulu proqramında artıq bu istiqamətlər öz əksini tapıb. Biz görürük ki, burada texniki ixtisaslara daha çox üstünlük verilib. Çünki əmək bazarı çevik bir sahədir. Elə ixtisaslar var ki, bu gün onların mövcud olmasına ehtiyac yoxdur. Amma elə ixtisaslar da var ki, bu gün əmək bazarına yeni daxil olur. Biz daim bu prosesi izləməliyik və bizim strategiyamız buna uyğun olmalıdır".

İ.İsayev hesab edir ki, iqtisadiyyatda baş verən dəyişikliklər əmək bazarında, əmək bazarında baş verən dəyişikliklər isə təhsil sistemində öz əksini tapmalıdır. Təhsil proqramları da buna uyğun hazırlanmalıdır: "Bu proses zəncirvari həyata keçirilir və gələcəkdə də nəzərə alınacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/752540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR