Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc jurnalistlərin etik prinsipləri” layihəsinə start verib.
AGAT-dan AZƏRTAC-a bildiriblər ki, layihənin birinci günündə təşkilatın nəzdində fəaliyyət göstərən Etika Akademiyasının direktoru Günel İbrahim etika və qlobal dəyərlər mövzusunda iştirakçılara təlim keçib. O, həmçinin müsahibələr zamanı ilk dəqiqələrdə təəssüratın yaradılması və davranış qaydaları haqqında təqdimatla çıxış edib.
Layihə mayın 12-dək davam edəcək.