Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin saytı http://aztc.gov.az/ fransız dilində də fəaliyyətə başladı.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yaradıldığı gündən Azərbaycan, ingilis, rus, ispan, alman, ərəb, fars və türk dilində yayımlanan sayt artıq 9 dildə fəaliyyət göstərəcək.