Bakı, 8 may, AZƏRTAC
Nizami adına mədəniyyət mərkəzi 124 nömrəli tam orta məktəblə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Doğma Azərbaycanım” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən məktəbin dil-ədəbiyyat müəllimi Validə Məmmədbəyova Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin təşəkkülünün, milli mənəvi dəyərlərin qorunmasının, elmin, mədəniyyətin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Heydər Əliyev fitri istedada malik siyasi xadim kimi dövlətimizi, xalqımızı zamanın sınaqlarından uğurla çıxararaq, ölkənin iqtisadi-siyasi və mənəvi tərəqqisinə nail olub.
Tədbirin sonunda 124 nömrəli tam orta məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş kompozisiya təqdim ediblər.