Donetsk aeroportu uğrunda yenidən döyüşlər başlayıb

Donetsk aeroportu uğrunda yenidən döyüşlər başlayıb
21:32 15 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna hərbiyyəsi aeroportun yeni terminalının fasiləsiz olaraq atəşə tutulduğunu barədə məlumat yayıb.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Ukrayna qoşunlarının hərbi qərargahının məlumatına görə, Donetsk aeroportu uğrunda yenidən şiddətli döyüşlər başlayıb, tanınmamış "DXR" yaraqlıları aeroporta hücuma keçiblər.
 
Aeroport uğrunda döyüşlərin getdiyi xəbərini tanınmaş "DXR" lideri Aleksandr Zaxarçenko da təsdiqləyib.
 
Ukrayna qüvvələri hərbi qərargahının Facebook səhifəsində "Zaxarçenko Donetsk aeroportunu bugün ələ keçirməyi qarşısına məqsəd qoyub" yazısı yerləşdirilib.
Ukrayna tərəfi sepatratçıların aeroport binasını yüngül silahlar, qumbaraatanlar, tank və reaktiv toplardan atəşə tutdğunu qeyd edib.
 
Cümə axşamı günü Donetsk aeroportuna ATƏT monitorinq missiyasının gəldiyi xəbər verilir, missiyanı rusiya və ukraynalı hərbçilər müşayiət edirlər.
Donetskdə keçirilmiş brifinqə Aleksandr Zaxarçenko aeroportun 95%-ə onun rəhbərlik etdiyi qüvvələrin nəzarət etdiyini bəyan edib.
 
Lakin Ukrayna hərbiyyəsinin rəsmisi Andrey Lısenko şiddətli döyüşlərin getdiyini təsdiqləyərək, aeroport binasını separatçıların ələ keçirdiyini təkzib edib.
Onun sözlərinə görə, Donetsk aeroportu ukraynalı hərbçilərin nəzarəti altında qalmaqdadır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR