Bakı, 10 may, Həsrət Mahmudova, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün özünün real bəhrələrini verməkdədir.
Bu sözləri AZƏRTAC-a Bakı Ali Neft Məktəbinin tələbələrlə iş şöbəsinin rəisi, HİK sədri Həbibə Sadıqlı deyib.
Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dahi rəhbərə öz ehtiramını bildirmək üçün Fəxri xiyabana gələn H.Sadıqlı deyib: “Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ümummilli Liderimiz gənclərə böyük ümidlər bəsləyir, dönə-dönə deyirdi ki, Azərbaycanın gələcəyi sizin əlinizdədir. Biz gənclər də yaradılan bu şəraitdən istifadə edərək dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə fəaliyyətimizi genişləndirməliyik. Ulu Öndərin xatirəsini yad etmək isə hər bir gəncin borcudur. Çünki bugünkü müasir müstəqil Azərbaycanı bizə o ərməğan edib”.