​Əfqanıstanın cənubunda 100-dən artıq yaraqlı zərərsizləşdirilib

​Əfqanıstanın cənubunda 100-dən artıq yaraqlı zərərsizləşdirilib
16:37 10 May 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Hilmənd əyalətində hayata keçirilən irimiqyaslı antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələri 128 ekstremisti məhv ediblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Zahir Əzimi məlumat verib. Onun sözlərinə görə, daha 80 nəfər radikal hərəkat üzvü yaralanıb.
Güc strukturları bölmələri əyalətin 13 yaşayış məntəqəsini yaraqlılardan azad ediblər. Bu ərazidə bir neçə iri silah-sursat gizlədilən yerlər məhv edilib. Əfqanıstan ordusunun 6 hərbçisi əməliyyat zamanı həlak olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanin-cenubunda-100-den-artiq-yaraqli-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR