x
Loading...

Vəli Qasımov "Neftçi"nin futbolçularını qeyri-peşəkarlıqda suçladı

Vəli Qasımov "Neftçi"nin futbolçularını qeyri-peşəkarlıqda suçladı
10:32 12 May 2015
106 İdman
Ölkə mətbuatı
A- A+

"Komandamızın bəzi oyunçuları özlərini nə məşqdə, nə də intizam sarıdan peşəkarlar kimi aparır. Yəni, peşəkar futbolçuya yaraşmayan hallar baş verir". Bu sözləri "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişinin qonağı, "Neftçi"nin idman direktoru Vəli Qasımov deyib.

Qasımovun fikrincə, komandada vəziyyətin ağır olduğu görünür. Lakin o, problemin maddiyyatla bağlı olmasına dair iddialarla razılaşmayıb: "Desən ki, maaş almırlar, düzgün olmazdı. "İnter"ə 3 aydı maaş verilmədiyi halda, "Neftçi"nin futbolçuları bu yaxınlarda həm maaş, həm də mükafat aldılar. Kənardan baxanda bilmirsən ki, niyə belədi? Amma məşqlərə diqqət yetirdikdə, bəzi futbolçuların tam qüvvə ilə çalışmadıqları görünür".

İdman direktoru "Neftçi"də ciddi dəyişikliklərin ediləcəyini də açıqlayıb: "Dəyişikliklər bütün mövqeləri və oyun üslubunu əhatə edəcək. Hamı bilir ki, "Neftçi" çempionluğa oynamalıdı. Bu səbəbdən, komandanı bəlkə də yenidən qurmaq, kimisə yola salmaq, kimisə gətirmək lazımdı. Bir sözlə, hər şeyi edəcəyik ki, "Neftçi" yüksək səviyyədə olsun".

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XXXIII turunda "İnter"ə 0:4 hesabı ilə uduzub. Bu oyundan sonra 3 futbolçu flaqmanın əsas heyətindən kənarlaşdırılaraq, transferə çıxarılıb.//sportnet.az

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vli-qasmov-quotneftciquotnin-futbolcularn-qeyri-pekarlqda-suclad-t40697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR