Nazir müavini: “Avropa Oyunları zamanı nəqliyyat xidmətləri yüksək səviyyədə göstəriləcək”

12:52 12 May 2015
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 12:50 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin göstərilməsi ən yüksək səviyyədə həyata keçiriləcək.

 

APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

 

Onun sözlərinə görə, bu tədbirin yüksək səviyyədə təşkili üçün yol infrastrukturu, o cümlədən, Olimpiya məkanlarına gedən yollar, dayanacaqlar yenidən qurulub: “Eyni zamanda, oyunlar zamanı sərnişinlərə daha yüksək səviyyədə xidmət göstərmək üçün yeni nəqliyyat vasitələri də gətirilib. Tədbirdə iştirak edən idmançılara və onlara bərabər tutulmuş heyətə, qonaqlara, vətəndaşlarımıza xidmət göstərən müasir avtobuslar şəhərdə fəaliyyətə başlayacaqlar”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR